Prezidentin qatili 45 il sonra edam edildi

12-04-2020, 11:03           
Prezidentin qatili 45 il sonra edam edildi
Banqladeşin ilk prezidenti Mudjibur Rəhmanın qatillərindən biri Əbdül Madjed şənbədən bazar gününə keçən gecə asılıb.

Teref.az xəbər verir ki, Mudjibur Rəhmanı öldürülməsi ilə nəticələnmiş hərbi çevrilişdə iştirak edən zabitlər 1998-ci ildə edam cəzasına məhkum olunub. Onlardan 5-i 2009-cu ildə edam edilib. Aprelin 8-də isə qatillərdən sonuncusu Məcidin həbs olunduğunu bildirilib.
Prezident Rəhman 1975-ci ilin 15 avqustunda Dəkkədəki iqamətgahında arvadı, üç oğlu, yaxın qohumları da daxil olmaqla, 20-yə yaxın şəxslə birlikdə öldürülüb. Ailənin həmin vaxt AFR-də olmuş iki qızı sağ qalıb. Onlardan biri Banqladeşin baş naziri Şeyx Hasinədir. bakupost












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru