ÜST COVID 19-dan qorunmağın ƏN EFFEKTİV yolunu açıqladı

13-04-2020, 10:38           
ÜST COVID 19-dan qorunmağın ƏN EFFEKTİV yolunu açıqladı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç “Rossiya-1” telekanalındakı “Bazar gecəsi” verilişində tibbi maskaların 2 saatdan çox istifadəsinin ​​insanlar üçün təhlükəli olduğunu deyib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, virusa yoluxma riskinin bütün digər müalicə vasitələrinə məhəl qoyulmadığı zaman xüsusilə yüksək olduğunu qeyd edib və bu halda sadəcə maskanın effektiv olmayacağını bildirib: “Yalnız maska taxıb sosial məsafəyə əməl etməsəniz, əllərinizi dezinfeksiya etməsəniz və qalan hər şeyə laqeyd qalsanız, bu halda xəstələnmək riski artır. Maska yaş olmamalıdır. İki saat istifadə etdikdən sonra atıla bilər. Əks təqdirdə, infeksiya mənbəyi olacaqsınız”.

ÜST nümayəndəsi hər kəsin qoruyucu vasitələrə əməl etməsinə diqqət çəkib, ancaq əlavə edib ki, ilk növbədə həkimləri təmin etmək vacibdir: “Maska xəstə ilə eyni otaqda olduqda və ya izdihamla olarkən istifadə edilməlidir, ancaq infeksiyadan ilk xilas yolu sosial məsafədir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.