Naxçıvanda indiyədək 71 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər sağalıb, 1 nəfər vəfat edib

13-04-2020, 11:01           
Naxçıvanda indiyədək 71 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər sağalıb, 1 nəfər vəfat edib
Ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq hazırda 1915 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır.

APA-nın xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, onlardan 229-u ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

“Bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat edib. Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”, - deyə məlumatda bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru