Bütün dünya bu xəbərdən danışır - Polis 2 qadını otelə apardı və zorladı

13-04-2020, 11:43           
Bütün dünya bu xəbərdən danışır - Polis 2 qadını otelə apardı və zorladı
Malayziyanın Petaling Jaya bölgəsindəki bir keçid məntəqəsində dayandırdıqdan sonra 20 və 37 yaşlı iki monqol qadına təcavüz etdiyinə görə bir polis müfəttişi tutulub.

KONKRET.az xəbər verir ki, cümə gecəsi baş verən hadisə zamanı iki qadın kirayə götürdükləri avtomobildə evə qayıdarkən mahaldakı bir nəzarət məntəqəsində dayandıqlarını söyləyib.

İki zərərçəkənin etibarlı səyahət sənədlərinin olmadığını bilən müfəttiş vəziyyətdən yararlanaraq zorla onları yaxınlıqdakı otelə aparıb və zorlayıb.

Petaling Jaya Şəhər Polis İdarəsinin rəisi Nik Ezani Mohd Faysal deyib ki, polis rəisinin müavini Pi Supt Ku Maşariman Ku Mahmudun başçılıq etdiyi polis qrupu otelə basqın edərək iki qadını xilas edib.

“30 yaşında bir polis müfəttişi həbs olunub. İş təcavüz maddəsilə araşdırılır” deyib.

Qadınlar tibbi müayinəyə göndərilib və müvəqqəti mühafizə altında saxlanılır.

“Demək istəyirəm ki, biz bu məsələyə ciddi yanaşırıq. Bir polis məmurunun hərəkətlərindən məyus oldum və mövcud qanunlara əsaslanan sərt tədbirlərin görülməsini təmin edəcəyik” deyib.

Petaling Jaya Malayziyanın paytaxtı Kuala Lumpurun Selangor əyalətində yerləşən bir şəhərdir. O, 1954-cü ildə qurulub və 20 iyun 2006-cı ildə şəhər statusunu alıb. Şəhərdə bir çox iri sənaye müəssisələri, eləcə də bir çox universitet var, bunlardan ən böyüyü Malayziya Beynəlxalq İslam Universiteti və MARA Texnologiya Universitetidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.