AZƏRBAYCANDA DAHA 56 NƏFƏR KORONAVİRUSA YOLUXUB - 53 nəfər sağalıb, 17 nəfər reanimasiyadadır

15-04-2020, 21:17           
AZƏRBAYCANDA DAHA 56 NƏFƏR KORONAVİRUSA YOLUXUB - 53 nəfər sağalıb, 17 nəfər reanimasiyadadır
"Fevralın 28-dən aprelin 12-nə qədər olan dövrə yekun vura bilərik. Son günlərə qədər neqativ tendensiya müşahidə olunurdu. Amma bir gündə pozitiv hadisə baş verdi və yoluxma sayında ciddi azalma müşahidə olundu".

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, bu gün 56 yeni yoluxma və 53 sayda sağalma var.

Azərbaycanda indiyə qədər koronavirusa yoluxanların da sayı açıqlanıb.

Hazırkı dövrədək ölkəmizdə 1 253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 404 nəfəri müalicə olunaraq sağalıb.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib ki bu gün koronavirus pandemiyası ilə bağlı 3 661 test edilib:"17 nəfər reanimasiyadadır. Onlardan da 6-sı süni nəfəs aparatına qoşulub".

O, bildiirib ki, bu xəstəliyə yoluxma qadınlar arasında üstünlük təşkil edir.

R.Bayramlı qeyd edib ki, ümumilikdə 1 253 yoluxma faktı var:"Bu günə qədər 75 397 test edilib. Ölüm sayı 13-dür. Bu gün ölüm faktı olmayıb. Bu günə qədər 404 nəfər sağalıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru