Moskvada koronavirusdan daha 7 nəfər ölüb

16-04-2020, 01:38           
Moskvada koronavirusdan daha 7 nəfər ölüb
Rusiyanın paytaxtı Moskvada daha 7 nəfər koronavirusdan ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmaniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 7 xəstə dünyasını dəyişib. Ölənlər 36-86 yaşlarında olub".

Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin sayı 113 nəfərə çatıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.