Çində koronavirusa 46 yeni yoluxma halı qeydə alınıb

16-04-2020, 06:43           
Çində koronavirusa 46 yeni yoluxma halı qeydə alınıb
Çində yeni növ koronavirusa (COVİD-19) 46 yeni yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər.

Bildirilir ki, son sutka ərzində koronavirusdan ölən olmayıb, 76 nəfər sağalıb. Qeyd edilir ki, ölkədə koronavirusa yoluxanların 94,5 faizi sağalıb.

Ümumilikdə yoluxma hallarının sayı 82,3 mini ötüb, koronavirusdan 3,3 mindən artıq insan ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru