Su-35-lər ABŞ “Poseydon”una 42 dəqiqə şok yaşatdı

16-04-2020, 04:02           
Su-35-lər ABŞ “Poseydon”una 42 dəqiqə şok yaşatdı
Rusiya Su-35-ləri ABŞ-ın P-8A Poseydon patrul təyyarələrinə 8 metrdən də az məsafəyə qədər yaxınlaşıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ HHQ məlumat yayıb.

İnsident Aralıq dənizinin beynəlxalq hava ərazisində baş verib.

ABŞ HHQ Su-25-lərin olduqca böyük sürətlə çox yaxın məsafədən manevr etdiyini və bunun çox təhlükəli olduğunu açıqlayıb.

Ümumi müdaxilə 42 dəqiqə davam edib.

ABŞ donanması rus pilotların bu addımını məsuliyyətsizlik adlandırıb və Rusiyanı özünü beynəlxalq standartlara uyğun aparmağa çağırıb.

Rusiya hələlik bu ittihama cavab verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru