Səhvən ordu generalının evini partlatdılar – Çox sayda ölü var (FOTOLAR)

18-04-2020, 01:42           
Səhvən ordu generalının evini partlatdılar – Çox sayda ölü var (FOTOLAR)
Mərkəzi Afrika ölkəsi Çadda dəhşətli hadisə baş verib.

Teref.az “Presstv”yə istinadən xəbər verir ki, paytaxt Ncamenada yerləşən Fransaya məxsus “Adji” hərbi bazası yaxınlığındakı hava limanına enməyə hazırlaşan “Sukhoi” tipli təyyarədən səhvən mərmi atılıb. Məlumata görə, mərmi prezidentin mühafizə xidmətinin rəis köməkçisi, generalın evinin üzərinə düşüb. Nəticədə generalla yanaşı onun 4 ailə üzvü həlak olub. Çox sayda yaralı var. Mərminin partlaması nəticəsində ərazidə yerləşən çox sayda ev dağılıb.

Dağıntılar altında insanların qaldığı bildirilir. Fransalı hərbçilər və Çad ordusunun mütəxəssisləri axtarış işlərinə cəlb edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru