Rusiyada tibb işçiləri kütləvi şəkildə koronaya yoluxdu

18-04-2020, 01:11           
Rusiyada tibb işçiləri kütləvi şəkildə koronaya yoluxdu
Rusiyanın Sankt-Peterburq şəhərində 137 tibbi işçisi koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, bunu şəhərin televiziyasına müsahibəsində “Botkin” adına xəstəxananın baş həkimi Denis Qusev deyib.

“Hazırda bizdə koronavirus diaqnozu qoyulan və ya virusa yoluxmaqda şübhəli bilinən 405 pasiyent var. Onların 137-si tibb işçisidir. Həkimlərin əksəriyyəti koronavirusun ilkin qeydə alındığı xəstəxananın həkimləridir”.

Qeyd edək ki, Sankt-Peterburqda son bir gündə koronavirusa yoluxanların sayı kəskin artıb. 424 nəfərdə yoluxma təsdiqlənib. Beləliklə, şəhərdə yoluxanların ümumi sayı 1 507 nəfərə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru