Dörd yaşlı qız anasının həyatını xilas etdi - TƏFƏRRÜAT

13-05-2020, 13:43           
Dörd yaşlı qız anasının həyatını xilas etdi - TƏFƏRRÜAT
İngiltərənin Hampshire qraflığının Sauthempton şəhərindən olan 32 yaşlı Keti Humphries evdə dörd yaşlı qızı Faye ilə oynayırdı. Bu zaman qadında şiddətli astma xəstəliyi başlayıb.

KONKRET.az xəbər verir ki, inqalyatorlar onun nəfəs almasına kömək etməyib və huşunu itirməyə başlayıb.

Katie qızına “Anaya kömək lazımdır” sözlərini deyib. Bundan sonra qız xilasetmə xidmətinə zəng edərək həkimləri çağırıb. O, operatora anasının nəfəs ala bilmədiyini bildirib.

Operator pəkimlərin gəlişinə qədər telefonla danışmağa davam edib. Qız onları evə buraxıb. Dörd yaşlı uşaq bu vəziyyətdə çox sakit olub.

Təcili yardım gələndən sonra Ketidə ikinci bir astma olub və xəstəxanaya göndərilməzdən əvvəl bir adrenalin iynəsi vurulub.

“Qızım olmasaydı, indi sağ qalacağımı düşünmürəm. Nəfəs ala bilmirdim. Bu, mənim üçün ən pis astma hücumu idi” deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru