Nyu-York birjası geriləmə ilə bağlanıb

14-05-2020, 06:18           
Nyu-York birjası geriləmə ilə bağlanıb
ABŞ Federal Ehtiyat Sisteminin (FES) sədri Cerom Pauellin “Koronavirus pandemiyası kontekstində ABŞ iqtisadiyyatının inkişaf perspektivləri çox qeyri-müəyyəndir və daha da azalma riskləri mövcuddur” sözləri Nyu-York Fond Birjasında (NYSE) keçirilən hərracda əsas indekslərin ucuzlaşmasına gətirib çıxarıb.

“Report” xəbər verir ki, hərracın sonunda “Dow Jones” Sənaye İndeksi 499,561 bənd (2,10%) enişlə 23 265,22 bəndə, ABŞ-ın 500 ən iri şirkətini əhatə edən “S&P 500” indeksi də 48,29 bənd (1,68%) azalma ilə 2 821,83 bəndə geriləyib.

“Nasdaq” Texnologiya İndeksi də 133,55 bənd (1,48%) geriləyərək 8 869,00 bəndə düşüb.

Bundan başqa, “WTI” markalı yüngül neftin iyun fyuçerslərinin qiyməti 25,77 ABŞ dolları təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru