Şəhid oğlu bədbəxt hadisə nəticəsində öldü

15-05-2020, 22:10           
Şəhid oğlu bədbəxt hadisə nəticəsində öldü
Taxtakörpü-Ceyranbatan su kanalının Abşeron rayonu ərazisindən keçən hissəsində boğulan şəxsin kimliyi bilinib.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Abşeron rayonu ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Dalğıc-axtarış qrupu tərəfindən Ceyranbatan su anbarında batan şəxsin meyiti sudan çıxarılıb.

“Report”un məlumatına görə, mərhumun Laçın rayonunun Minkənd kəndindən məcburi köçkün, 41 yaşlı Fariz Təhməzov olduğu müəyyənləşib.

Onun ərazidə qoyun otardığı və suya düşən quzunu xilas edərkən göldə boğulduğu bildirilir.

F.Təhməzovun atası Hidayət Təhməzov 1992-ci ildə Qarabağda gedən döyüşlərdə şəhid olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru