Azərbaycan nefti bir qədər də bahalandı – SON QİYMƏT

16-05-2020, 11:29           
Azərbaycan nefti bir qədər də bahalandı – SON QİYMƏT
Dünya bazarında Azərbaycanda hasil olunan "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti bu gün – 16 may tarixində 1,76 dollar artaraq 32,77 dollar olub.
Yeniavaz.com xəbər verir ki, "Azeri Light" markalı neftinin qiyməti bu ilin aprel ayının 22-də tarixi ərzində ən aşağı səviyyəyə düşərək 1 barelinin qiyməti 15,8 dollar olub. "Azeri Light" markalı neft ən yüksək qiymətə isə 2008-ci ilin iyul ayında satılıb. Həmin tarixdə 1 barel "Azeri Light" markalı neftin qiyməti 149,66 dollar olub.
Bu gün ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyul müqaviləsinin dəyəri 4,4% bahalanaraq hazırda 1 barelə görə 32,5 dollar təşkil edir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin dəyəri isə bu gün 6,8% bahalanaraq hazırda 1 barelə görə 29,4 dollar olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru