Şəhidin adı məktəbə verilmir - Deputat səbəbini açıqladı

18-05-2020, 17:43           
Şəhidin adı məktəbə verilmir -
Şəhidlik statusu haqqında qanuna müəyyən dəyişiklər edilməsinə ehtiyac var.

Bunu Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. Deputat bildirib ki, bu məsələni yaxın günlərdə Milli Məclisin iclasında qaldıracaq:

“Cəlilabad rayonunun Cəfərxanlı kəndində şəhid Orxan Paşazadənin 40 mərasimində iştirak etdim. Kənd sakinləri mənə müraciət edib dedilər ki, Orxan həmin kəndin yeganə şəhididir və buradakı məktəbə onun adı verilsin. Aidiyyəti qurumlara müraciət etsəm də, hələlik bu məsələ həllini tapmayıb. Çünki şəhidlik statusu haqqında qanuna görə, hər hansı məktəb, küçə və ya meydana şəhidin adının verilməsi üçün onun ən azı iki dəfə ordenlə təltif edilməsi lazımdır. Bu səbəbdən şəhidlik statusu haqqında qanuna müəyyən düzəlişlər edilməsi lazımdır. Məsələ ilə bağlı xeyli məktublar almışıq. Hesab edirəm ki, şəhidin oxuduğu məktəbə onun adının verilməsi şagirdlərin vətənpərvərlik ruhunda böyüməsi üçün də əhəmiyyətlidir. Bununla bağlı yaxın vaxtlarda Milli Məclisdə təkliflərimi səsləndirəcəyəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.