Meksikada gün ərzində COVID-19-dan rekord sayda ölüm qeydə alındı

19-05-2020, 05:43           
Meksikada gün ərzində COVID-19-dan rekord sayda ölüm qeydə alındı
Meksikanın Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel keçirdiyi mətbuat konfransının gedişatında ölkədə koronavirusa yoluxma ilə bağlı son vəziyyəti açıqlayıb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Uqo Lopes-Qatel bildirib ki, bir gün ərzində ölkədə koronavirusa 2 414 yoluxma halı aşkarlanıb, 155 nəfər COVID-19-dan ölüb. Bu, gün ərzində ölüm sayına görə rekord sayılır.

Meksikada COVID-19-a yoluxma ilk dəfə fevralın 28-də aşkar olunub. Həmin gündən indiyə kimi ölkədə virusa ümumilikdə 51 633 insan yoluxub.

Hazırda 656 nəfərin ölümünün səbəbi araşdırılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru