Azərbaycanda bankda KÜTLƏVİ YOLUXMA — 50 nəfər karantinə alındı

10-07-2020, 18:06           
Azərbaycanda bankda KÜTLƏVİ YOLUXMA — 50 nəfər karantinə alındı
AFB Bank ASC-də işçilərin kütləvi koronavirusa yoluxma faktı aşkarlanıb.

TEREF.AZ NOCOMMENT.az-a istinadən məlumat verir ki, bir müddət əvvəl AFB Bank-da işçilər arasında kütləvi yeni COVİD-19 virusuna yoluxma müəyyən edilib. Qısa müddət ərzində bankın təqribən 50 nəfərə yaxın əməkdaşı karantinə alınıb.

Bank işçiləri arasında aşkar edilən kütləvi yoluxma bankın gündəlik iş rejiminə ciddi təsir edib.

Belə ki, bank filiallarında əməkdaşlar arasında mütəxəssis çatışmazlığı yaranıb. Bu zaman bank rəhbərliyi işçilər arasında rotasiya yolu ilə transfer həyata keçirir.

Bankın rəsmi səhifəsində qeyd edilən nömrələr ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.

Qeyd edək ki, “AFB Bank” ASC 2008-ci il tarixdə Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış və 2009-cu ildən etibarən fəaliyyətə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru