Qubernatorun azyaşlı qızı 10 milyon qazandı - Bölgədə etirazlar başladı

14-08-2020, 10:26           
Qubernatorun azyaşlı qızı 10 milyon qazandı - Bölgədə etirazlar başladı
Ryazan vilayətinin qubernatoru Nikolay Lyubimovun yetkinlik yaşına çatmayan qızının ötən il 10 milyon rubl (231 min AZN) gəlir əldə etməsi daşınmaz əmlakın satışı ilə əlaqədardır.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” qubernatorun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd edək ki, sözügdən vəsait gəlir bəyannaməsində əks olunub. Bu isə etiraz və suallar doğurub.

“Qız üçün daşınmaz əmlak obyektləri qeydiyyata alınıb, bu da 2018-ci il üzrə bəyannamədə əksini tapıb. 2019-cu il bəyannaməsində bu obyektlər yoxdur, çünki satılıb. Qubernatorun qızının elan etdiyi 10 milyon rubl gəlir bununla izah olunur”, – deyə Lyubimovun mətbuat katibi Denis Arapov bildirib.

Eyni zamanda, N.Lyubimovun özü gəlir bəyannaməsində ötən il 4,3 milyon rubl (9933 AZN) gəlir əldə etdiyini açıqlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.