Rusiyada beşmərtəbəli binada partlayışı baş verib, yaralılar var 21-09-2020, 00:04 Rusiyanın Tümen əyalətinin Leninski rayonunda beşmərtəbəli yaşayış binasında qaz sızması səbəbindən partlayış baş verib.KONKRET.az xəbər verir ki, bu barədə regional Səhiyyə İdarəsi məlumat yayıb.Hadisə nəticəsində 2 nəfər yaralanıb, 2 mənzil yararsız hala düşüb.Partlayış binanın 2-ci mərtəbəsində olub.Yaralılar termik yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Facebook-da paylaş