Ermənilər Ağcabədini belə vurdu - Foto

30-09-2020, 23:05           
Ermənilər Ağcabədini belə vurdu - Foto
İşğalçı Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Bunun nəticəsində mülki obyektlərə, dinc əhalinin, eləcə də dövlət əmlakına külli miqdarda ziyan vurulub.

Teref.az Azərtac-a istinadla xəbər verir ki, düşmənin artilleriya atəşi nəticəsində Ağcabədi rayonunun Hindarx qəsəbəsində, Göyük, Hacılar, Minəxorlu, Arazbar, Yuxarı Qiyaməddinli, Poladlı, Biləğan, Sarıcalı, Boyat kəndlərində onlarla ev dağılıb, yaralananlar var. Həmçinin infrastruktura ziyan dəyib, mal-qara tələf olub.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru