Ermənistanda Rusiya hərbi bazasının hərbi qulluqçusunun meyiti tapılıb

26-11-2020, 18:55           
Ermənistanda Rusiya hərbi bazasının hərbi qulluqçusunun meyiti tapılıb
Ermənistan İstintaq Komitəsinin Şirak vilayəti istintaq idarəsində noyabrın 25-də Şirak vilayətində tapılmış 36 yaşlı Rusiya Federasiyası vətəndaşının ölüm faktı üzrə materiallar hazırlanır.

Ordu.az xəbər verir ki, saat 15:25 radələrində Gümrü şəhərinin təcili yardım stansiyasından Ermənistan polisinin Kumayri şöbəsinə məlumat daxil olub.

Məlumatda qeyd olunub ki, həkimlərdən ibarət növbətçi qrup çağırışla Kazaçi-Post küçəsində yerləşən binalardan birinin mənzilinə gedib, orada 36 yaşlı Anton Pisokinin meyitini aşkar ediblər.

Məhkəmə həkimi yerindəcə meyiti analiz edib və bildirib ki, zahiri müayinə ilə meyitin üzərində zorakılıq izləri tapılmayıb. Müstəntiqin qərarı ilə cəsədin məhkəmə-tibbi ekspertizası təyin edilib.

Məlumata görə, A.Pisokin Gümrüdə yerləşən Rusiya hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.