ABŞ-da DƏHŞƏT: Ata səhvən öz oğlunu güllələdi

14-12-2020, 00:35           
ABŞ-da DƏHŞƏT:
ABŞ-ın Ohayo ştatındakı Eliria şəhərində yaşayan ovçu 28 yaşlı oğlunu maralla qarışdıraraq səhvən öldürüb.

KONKRET.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məlumatı The Columbus Dispatch yayır.

Məlumata görə, 63 yaşlı Bradley Smith oğlu Andrews və dostları ilə birlikdə maral ovuna çıxıb. Kişilər təcrübəli ovçular olublar və son 20 ildə mütəmadi olaraq ova çıxırmışlar.

Hadisə yerli vaxtla 17:45 radələrində baş verib. Alaqaranlıqda ovçular narıncı ov geyimlərini geyinərək ova çıxıblar. Andrew ov paltarının geyinməyi unudub və atası təsadüfən ona tərəf atəş açıb. Andrew yerindəcə ölüb.

Mərhumun atasına qarşı ittiham irəli sürülməyib. Çünki Andrew ova çıxarkən təhlükəsizlik qaydalarını pozub və xüsusi geyimi geyinməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.