İranda güclü yanğın: ÖLƏNLƏR VAR 15-12-2020, 06:09 İranın Qum əyalətində güclü yanğın baş verib.Publika.az yerli mətbuata istinadla xəbər verir ki, yanğın Sələfçeqan sənaye şəhərciyində qeydə alınıb.İlkin məlumata görə, hadisə nəticəsində 2 fəhlə ölüb, 8-i isə xəsarət alıb.Yaralıların bəziləri xəstəxanaya yerləşdirilib, bir qismi isə hadisə yerində müayinə olunub.Qeyd edək ki, yanğının söndürülməsinə təcili yardım avtomobilləri və helikopter cəlb olunub. Facebook-da paylaş