“Twitter” məlumat sızmasına görə 450 min avro cərimələnib

17-12-2020, 00:52           
“Twitter” məlumat sızmasına görə 450 min avro cərimələnib
İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası (Data Protection Commission – DPC) “Twitter” şirkətini istifadəçi məlumatlarının sızması barədə informasiyanı vaxtında açıqlamadığına görə 450 min avro məbləğində cərimələyib.

Azərtac xarici saytlara istinadla xəbər verir ki, cərimə 2018-ci ildə Avropa İttifaqında məlumatların mühafizəsi haqqında ümumi qaydalar (GDPR) qüvvəyə mindikdən sonra “Twitter” şirkətinə tətbiq edilən ilk sanksiya olub. Hazırda komissiya tərəfindən ABŞ-ın Avropada fəaliyyət göstərən 20-dən çox IT şirkətinin işinə baxılır.

“Twitter” istifadəçilərinin məlumatlarının sızması barədə ilk dəfə 2019-cu ilin yanvarında məlum olub. Şirkət nümayəndələri bildiriblər ki, istifadəçi məlumatlarından reklam verənlər tərəfindən insanların marketinq siyahısı ilə müqayisəsinin aparılması üçün təsadüfən istifadə edilib. Onların sözlərinə görə, fərdi məlumatlar üçüncü şəxslərə verilməyib və problem 2018-ci ilin sentyabrında aradan qaldırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru