Xəzər "donur": - Anomal qalınlıqda buz aşkar edildi ÖLKƏ

18-12-2020, 10:26           
Xəzər "donur": - Anomal qalınlıqda buz aşkar edildi ÖLKƏ
Azov dənizi əvvəlkindən daha tez donmağa başlayıb, Xəzər dənizinin şimalında isə buzun qalınlığı normadakından 30% çoxdur.

Bu barədə "RİA Novosti”yə Rusiya Hidrometeoloji Mərkəzinin elmi rəhbəri Roman Vilfand bildirib.

"Bu, Rusiyanın avropa hissəsinin cənubunda kəskin şaxtaların qeydə alınmasındandır. Taqanroq körfəzində Azov dənizini buz örtməyə başlayıb. Həmçinin Xəzər dənizinin şimalı donmağa başlayıb. Özü də qiymətləndirmələrə görə, dəniz buzlaşması bu dövr üçün olan adi göstəriciləri 30% üstələyir. Söhbət buzun qalınlığı və sahəsindən gedir”, - Vilfand deyib. (Qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru