Arayik Arutyunyan “sərəncam” imzaladı: Qondarma “DQR”in strukturuna dəyişiklik 18-12-2020, 17:01 Qondarma Dağlıq Qarabağ rejiminin lideri Arayik Arutyunyan “respublika”nın strukturunu dəyişməyi nəzərdə tutan “sərəncam imzalayıb.PROPRESS xəbər verir ki, “hökumət”in aşağıdakı quruluşu müəyyən edilir:1) Dövlət Naziri2) Əmək, Sosial və Miqrasiya İşləri Nazirliyi3) Səhiyyə Nazirliyi4) Ədliyyə Nazirliyi5) Xarici İşlər Nazirliyi6) İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliyi7) Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi8) Müdafiə Nazirliyi9) Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi10) Şəhərsalma Nazirliyi11) Maliyyə NazirliyiBundan sonra “Artsax Dövlət naziri” səlahiyyətlərini Maliyyə naziri həyata keçirəcək.“Hökumət”ə yuxarıda göstərilən “fərman”dan irəli gələn müvafiq qərarlar vermək tapşırılıb. Facebook-da paylaş