Ağkənd (Spitakaşen) kəndi Azərbaycanın nəzarətinə keçdi – TƏCİLİ

18-12-2020, 18:40           
Ağkənd (Spitakaşen) kəndi Azərbaycanın nəzarətinə keçdi – TƏCİLİ
Əvvəllər Azərbaycan SSR-in tərkibində olan Ağknd (Spitakaşen) kəndi birbaşa sərhədin digər tərəfində qalıb. Hazırda ekskavator ərazidə sərhəd xətt çəkir.

PROPRESS xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Məlumatda bildirilir ki, ermənilər Ağkənd kəndində bir neçə evi yandırıblar. Sovet dövründə kənd Ağkənd adlanırdı və Ermənistan SSR ilə sərhəddə, Azərbaycan SSR-in Zəngilan bölgəsinin bir hissəsi idi. İndi isə Azərbaycanın nəzarətinə keçir.

Kənd Qafan hava limanından bir neçə yüz metr və Kapan şəhərindən təxminən 2 km məsafədədir.

Hazırda ərazidə bir ekskavator Sovet dövründə müəyyən edilmiş sərhədi işarələyir və Qafandan Zəngilana gedən yolu bağlayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.