Millət vəkilinə qarşı sui-qəsd: 9 nəfər öldü

20-12-2020, 11:59           
Millət vəkilinə qarşı sui-qəsd: 9 nəfər öldü
Əfqanıstanın paytaxtı Kabil şəhərində növbəti terror aktı törədilib.

Teref.az xəbər verir ki, bu barədə “Tolo News” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, partlayış Spin Kalay meydanında baş verib. Hücumun hədəfi Əfqanıstan parlamentinin üzvü Hacı Xan Məhəmməd Vardakın avtomobili olub.

“Pajvak” agentliyinin verdiyi məlumata görə, millət vəkili yaralanıb. Terror hücumu nəticəsində doqquz nəfər ölüb, altı nəfər xəsarət alıb.

İndiyə qədər heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib. “Report”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru