Arayik Harutunyan Xocavəndə gəlib – Foto

20-12-2020, 21:59           
Arayik Harutunyan Xocavəndə gəlib – Foto
Qondarma rejimin rəhbəri Arayik Harutunyan bu gün Xocavənd rayonun Sos kəndinə gəlib. O burada Amaras monastır kompleksində olub.

Arayik Harutunyanın səfər etdiyi əraziyə Rusiya sülhməramlıları nəzarət edir.

Amaras monastırı Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən xristian monastırıdır. Monastır Qafqaz Albaniyasında erkən xristianlıq dövründən Alban Həvari Kilsəsinin ləğv edilməsinə kimi ziyarət edilmiş ən müqəddəs məbədlərdən biri olmaqla, yaxın vaxtlara kimi yerləşdiyi ərazinin həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilmişdir. / Kanal15.az















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru