“Pfizer” peyvəndi vurulan qoca ÖLDÜ

31-12-2020, 00:03           
“Pfizer” peyvəndi vurulan qoca ÖLDÜ
İsveçrənin Lütsern şəhərində yerləşən qocalar evindəki xəstə koronavirusa qarşı peyvənd edildikdən sonra vəfat edib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkənin tibb orqanları peyvəndlə ölüm arasındakı əlaqəni mümkünsüz hesab edirlər.

İsveçrədə kütləvi peyvəndlənmə 23 dekabr tarixindən başlayıb. Hələ ki, ölkədə dərman tənzimləmə orqanı (Swissmedic –Red) tərəfindən təsdiqlənmiş “Pfizer / BioNTech” peyvəndi istifadə olunur.

Qeyd olunub ki, 91 yaşlı şəxs ağır xəstəliklərdən əziyyət çəkirmiş və peyvənd olduqdan bir neçə gün sonra vəfat edib.

“Xəstəliklərin gedişatı COVID-19 peyvəndi ilə ölüm arasında birbaşa əlaqənin mövcud olmadığını göstərir. Hərtərəfli araşdırma təbii ölümə səbəb olacaq mövcud xəstəliklərə işarə edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru