Azərbaycan hərbçisi Xocavənd rayonu ərazisində minaya düşüb.
Virtualaz.org bildirir ki, həlak olan şəxs Laçın rayonunun Mişni kəndindən Tural Rauf oğlu Həsənovdur. Hərbi qulluqçunun həlak olması barədə sosial şəbəkələrdə onun qohumları məlumat veriblər.
Qeyd edək ki, Tural Həsənov Azərbaycan torpaqlarının azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənib.