Rusiyada ana və iki övladı yanaraq vəfat edib

31-12-2020, 07:34           
Rusiyada ana və iki övladı yanaraq vəfat edib
Rusiyada üç nəfər mişar zavodunun ərazisində yerləşən gözətçi otağında baş verən yanğın zamanı ölüb.

“Report”un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə Voloqda vilayətinin Kiçmenqsko-Qorodeçk rayonunun Sirino kəndi yaxınlığında qeydə alınıb.

Qeyd olunub ki, yanğın zamanı 42 yaşlı ana, onun 2006-ci il təvəllüdlü oğlu və 2007-ci il təvəllüdlü qızı həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.