İtkin hesab edilən əsgərimizin şəhid xəbəri gəldi

31-12-2020, 16:03           
İtkin hesab edilən əsgərimizin şəhid xəbəri gəldi
Vətən Müharibəsi zamanı itkin düşmüş hesab olunan daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, söhbət 25 yaşlı Nurlan Məlikovdan gedir. Məlum olub ki, ailəsinin 70 gündür xəbər ala bilmədiyi N.Məlikov oktyabrın 21-də Qubadlı istiqamətində döyüşlərdə şəhid olub.

Hazırda onun yaşadığı Masallı rayonu Öncəqala kəndində şəhidin dəfn mərasimi keçirilir.

Daha öncə N.Məlikovun atası Dünyamalı Məlikov “Qafqazinfo”ya açıqlamasında bildirmişdi ki, oğlu ilə sonuncu dəfə oktyabrın 20-də danışıb: “Dedi ki, ata Füzulidən Cəbrayıl istiqamətinə gedirik. Ondan sonra əlaqə saxlamaq mümkün olmadı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru