Merkel peyvənd üçün növbəsini gözləyir

1-01-2021, 00:10           
Merkel peyvənd üçün növbəsini gözləyir
Angela Merkel: "Mən də öz növbəm çatanda peyvənd olunacağam"

Almaniya kansleri Angela Merkel peyvənd kampaniyası çərçivəsində növbəsi çatanda özünün də peyvənd olunacağını açıqlayıb.

AYNA xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə o, Yeni il münasibəti ilə xalqa müraciətində deyib: “Hər gün getdikcə daha çox insan peyvənd olunur, addım-addım digər yaş və peşə qruplarına - sonra da istəyən hər kəsə növbə çatacaq. Mən də öz növbəm çatanda peyvənd olunacağam”.
Merkel qeyd edib ki, peyvəndlər 2021-ci il üçün ümid simvollarından biridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru