"KamAz" yol kənarında dayanan PPX avtomobilinə çırpıldı

2-01-2021, 11:50           
"KamAz" yol kənarında dayanan PPX avtomobilinə çırpıldı
Mingəçevirdə yanacaq daşıyan avtomaşın polis avtomobilinə çırpılıb.
Hadisə Heydər Əliyev prospektində, Kür çayı üzərindən keçən nəqliyyat körpüsü yaxınlığında baş verib.
Texniki nasazlıq səbəbindən idarəetmədən çıxan benzindaşıyan "KamAZ" markalı yük maşını yolun kənarında dayanmış vəziyyətdə olan "FIAT" markalı post patrul xidməti avtomobilinə çırpılıb.
Polis maşını ciddi zərər görsə də, qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.(APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru