Zorlanma videosu yayılan 2 uşaq anası intihar etdi

4-01-2021, 07:56           
Zorlanma videosu yayılan 2 uşaq anası intihar etdi
2 uşaq anası intihar edib. Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, içkisinə narkotik maddə qatıldıqdan sonra zorlanan 27 yaşlı qadın özünü öldürüb.

Qadının intiharına səbəb onu zorlayan şəxslərin həmin anları videoya çəkib, yaymasıdır.

Jenna Johnson adlı qadının cəsədi yanvar ayında yaşadığı evdən tapılıb. Qadının ailəsinin dediyinə görə, videonun yayılması onu intihara sürükləyib.

Şotlandiyada yaşayan qadının qonaqlığa gəlməməsindən şübhələnən ailə üzvləri onun cəsədini tapıblar.

Qızın cəsədi ekspertiza üçün Qlazqo şəhərinə aparılıb. Məlum olub ki, o, dekabr ayının 22-də iki nəfər tərəfindən zorlanıb.

Hadisə ilə bağlı istintaq davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru