“Oneqa”nın batdığı ərazidə ölənlərin cəsədləri tapılmadı

4-01-2021, 10:19           
“Oneqa”nın batdığı ərazidə ölənlərin cəsədləri tapılmadı
“Oneqa” balıqçı gəmisinin qəzaya uğradığı ərazidə axtarış-xilasetmə əməliyyatı tamamlanıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə “Rosmorreçflot”dan (Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyi) bildirilib.

Məlumatlara görə, balıqçıların cəsədləri tapılmayıb.

Xatırladaq ki, “Oneqa” balıqçı gəmisi dekabrın 28-də Rusiyanın Arxanqelsk vilayətində Yeni Torpaq arxipelaqı yaxınlığında, Barents dənizinin sularında batıb. İlkin məlumatlara görə “Oneqa” gəmisinin qəzaya uğramasına səbəb buzlanma olub. Gəmidə 19 nəfər olub və yaxınlıqdakı “Voykovo” gəmisi iki nəfəri xilas etməyə nail olub.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru