Müsəlman həkim 200 xərçəng xəstəsinin 650 min dollarlıq borcunu sildi

5-01-2021, 09:22           
Müsəlman həkim  200 xərçəng xəstəsinin 650 min dollarlıq  borcunu sildi
ABŞ-da yaşayıb-işləyən müsəlman həkim Ömər Atik xərçəng xəstələrinin bir çoxunun hesablarını ödəyə bilməyəcəyini anladıqda onların tibbi xidmətlər üçün ödənişlərini ləğv etmək qərarına gəlib.

Moderator.az xəbər verir ki, bu haqda "ABCNews" reportaj yayımlayıb.

"Zamanla, sadəcə, borclarını ödəyə bilməyən insanlar olduğunu anladım" -deyə doktor Atik bildirib.

Bazar ertəsi günü o, xəstələrinə xüsusi mesajlar göndərib.

Pakistanlı həkim bu ilin xüsusilə çətin bir il olduğunu və belə bir durumda xəstələrinə maddi kömək etməkdən böyük məmnunluq hissi yaşadığını söyləyərək əlavə edib:

"Xərçəng çox ağır bir xəstəlikdir və pandemiya zamanı bu xəstələr üçün daha ağır olur..."

Ümumilikdə Ömər həkim 200 onkoloji pasientin 650 min dollarlıq borcunu silib.

"Mən sıradan bir həkiməm - adi bir insanam. Belə oldu ki, bu xəstə insanlara kömək etmək imkanı qazandım. Onları sevirəm, onlara əhəmiyyət verirəm və xəstələrim üçün nəsə bir şey edə bildiyimə görə çox xoşbəxtəm" " -deyə müsəlman həkim sevinc hissi ilə vurğulayıb.

Sultan Laçın












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.