Qarabağ qazisi xəstəxanada intihar etdi - RƏSMİ

7-01-2021, 00:32           
Qarabağ qazisi xəstəxanada intihar etdi - RƏSMİ
Vətən müharibəsi qazisi Vüsal Musayev müalicə aldığı hərbi hospitalda intihar edib.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumat Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib. News24.az-a açıqlama verən nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alan müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu əsgər Vüsal Musayev bu gün intihar edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, II Qarabağ müharibəsinin iştirakçısı Vüsal Musayev gərgin döyüşlər nəticəsində kəllə-beyin travması almışdı.

Şəhidimizin 2 azyaşlı körpəsi var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru