Separatçı lider öz mənzilində partlayışa məruz qaldı - FOTO

7-01-2021, 10:19           
Separatçı lider öz  mənzilində partlayışa məruz qaldı - FOTO
Çərşənbə gecəsi Ukraynanın Luqansk şəhərindəki yaşayış binalarından birində partlayış baş verib.

Moderator.az xəbər verir ki, “İnterfaks” agentliyinin yaydığı məlumata görə, partlayış nəticəsində qondarma “Luqansk Xalq Respublikası”nın (“LXR”) “xalq milis” inin başçısı separatçı Yan Leşenko yaralanıb. O, yanıq xəsarətləriylə xəstəxanaya çatdırılıb. Həkimlərin sözlərinə görə, separatçının həyatı üçün təhlükə yoxdur.

Partlayışın birbaşa Leşenkonun mənzilində baş verdiyi bildirilir. Partlayış dalğasının üç pəncərədəki şüşəni qırdığı, daxili arakəsmələrə və girişə ziyan vurduğu aydınlaşıb.

“LPR”-in müstəntiqləri partlayışa səbəb kimi qaz sızmasını göstərir; sui-qəsd versiyası nəzərdən keçirilmir.

Bununla yanaşı, digər mənbələr, o cümlədən "Lugansk insider" telegram- kanalı partlayışın məişət hadisəsi adı ilə gizlədildiyini bildirir və insidentin separatçı Leşenkonun nəzarət etdiyi ucuz alkoqol və qaçaq siqaret bazarının yenidən bölüşdürülməsi ilə əlaqəli olduğunu istisna etmir.

Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru