Azərbaycana koronavirus əleyhinə bu ölkənin peyvəndi gətirilib

13-01-2021, 08:09           
Azərbaycana koronavirus əleyhinə bu ölkənin peyvəndi gətirilib
Azərbaycan koronavirus əleyhinə kütləvi vaksinasiya ərəfəsindədir. Peyvənd ilk növbədə səhiyyə sistemində çalışanlara və yaşı 65-dən yuxarı olan vətəndaşlara vurulacaq.

Səhiyyə Nazirliyindəki mənbədən Sputnik Azərbaycan-a verilən məlumata görə, SARS-CoV-2 virusuna qarşı peyvəndin birinci partiyası artıq Azərbaycana daxil olub.

Mənbənin sözlərinə görə, ölkəyə gətirilən peyvənd Çin istehsalı olan SinoVac preparatıdır. O da məlum olub ki, birinci mərhələdə koronavirus əleyhinə peyvənd səhiyyə sistemində çalışanlara və yaşı 65-dən yuxarı olan vətəndaşlara vurulacaq.

Qeyd edək ki, bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB dövlət başçılarının sammitində çıxış edərkən peyvənd proqramının 2021-ci ilin əvvəllərində başlayacağını, vaksinasiyanın könüllülük prinsipi əsasında və dövlət hesabına aparılacağını bildirmişdi.

Bu arada, yaxın günlərdə səhiyyə naziri Oqtay Şirəliyevin immunizasiyanın başlanması və müddəti barədə əmr imzalayacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru