Güclü külək Ağsuda bir sıra fəsadlar törədib

19-03-2021, 07:19           
Güclü külək Ağsuda bir sıra fəsadlar törədib
Ötən gün axşam saatlarından başlayan güclü külək Ağsu rayonunda bir sıra fəsadlar törədib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, külək rayonun Heydər Əliyev prospektində iri ağacları aşırıb. Ağaclardan birinin iri budağı piyada səkisinin, digər budağı isə vətəndaşa məxsus çardağın üstünə düşüb.

Şəhərin bir hissəsində, habelə 30 kəndin elektriklə təchizatında fasilə yaranıb. Çaparlı, Daşdəmirbəyli və digər kəndlərdə elektrik naqilləri qırılıb, bəzi evlərin dam örtüyünə, talvara ciddi ziyan dəyib. Hazırda elektrik enerjisinin bərpası ilə əlaqədar 2 briqada çalışır. Şəhərdə, eləcə də kəndlərdə baş vermiş fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru