Pentaqonun keçmiş tərcüməçisi "Hizbullah"ın xeyrinə casusluq etdiyini etiraf edib

27-03-2021, 11:05           
Pentaqonun keçmiş tərcüməçisi "Hizbullah"ın xeyrinə casusluq etdiyini etiraf edib
Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Ədliyyə Nazirliyi keçmiş Pentaqon tərcüməçisi Mariam Tomsonun iranlı general Qasim Süleymanin ABŞ hərbçiləri tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumatı Livanın “Hizbullah” hərəkatına ötürmə cəhdini etiraf etdiyini açıqlayıb.

2020-ci il yanvarın 3-də ABŞ İraqda əməliyyat keçirərək, İran İnqilab Keşikçiləri Korpusunun komandiri Qasim Süleymanini qətlə yetirib.

Məlumata əsasən, bundan sonra naməlum şəxs xaricdəki Pentaqon bazalarından birində çalışan Tomson ilə əlaqə qurub və özünü “Hizbullah” nümayəndəsi olaraq tanıdaraq yardım istəyib. Adı açıqlanmayan bu şəxsə qarşı heç bir ittiham irəli sürülmədiyinə görə onun Amerika kəşfiyyat xidmətləri üçün məlumat verən olduğu güman edilir.

Naməlum şəxsin tələbindən sonra Tomson adlar və fotoşəkillər, habelə hesabatlar da daxil olmaqla, ABŞ kəşfiyyatının ən azı on mənbəsindən məlumat əldə edib. Müxtəlif yollarla əlaqə qurduğu məlumatları çatdırdıqdan sonra o, “Hizbullah” hərbi komandiri ilə görüşə dəvət edilib. Nəticədə Tomson 2020-ci ilin fevralın 27-də həbs edilib.

Tomsonu əməlini boynuna almasına baxmayaraq, ömürlük həbs cəzası gözlədiyi qeyd edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.