ABŞ-da silahlı insident: 7 nəfər yaralanıb 27-03-2021, 23:50 Atışma mübahisə zəminində baş veribABŞ-ın Filadelfia şəhərində baş verən silahlı insident nəticəsində 7 nəfər yaralanıb.AYNA xəbər verir ki, bu barədə yerli “Philadelphia Enquirer” portalı məlumat yayıb.Hadisə idman kompleksinin barında baş verib. Polisin məlumatına görə, atışma mübahisə zəminində baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törədən şəxs tutulub. Facebook-da paylaş