ÜST-dən "peyvənd pasportu" ilə bağlı açıqlama

6-04-2021, 23:43           
ÜST-dən "peyvənd pasportu" ilə bağlı açıqlama
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səyahət üçün "peyvənd pasportu"nun tələb olunmasını dəstəkləmir.

Axar.az xəbər verir ki, bu barədə ÜST rəsmisi Marqaret Harris deyib.

"ÜST olaraq peyvənd pasportunu giriş-çıxış tələbi olaraq görmək istəmədiyimizi bəyan edirik, çünki bu mərhələdə peyvəndin virusun ötürülməsinin qarşısını alıb-almadığına əmin deyilik", - deyə Harris bildirib.

ÜST sözçüsü, həmçinin əlavə edib ki, bu, müxtəlif səbəblərdən peyvənd oluna bilməyən insanlara qarşı ayrı-seçkilik məsələsini də ortaya çıxaracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru