Günel son statusunda koronavirus xəstəsi olduğunu və intihar edəcəyini yazıb, sonra…

7-04-2021, 09:24           
Günel son statusunda koronavirus xəstəsi olduğunu və intihar edəcəyini yazıb, sonra…
Sosial şəbəkə istifadəçisi Günel Hakimqoca (Gunel Farkhad Khakhimqoja) son statusunda koronavirus xəstəsi olduğunu və intihar edəcəyini yazıb.

Teref.az APA-ya istinadən bildirir ki, statusla əlaqədar polis əməkdaşları həmin qadının yaşadığı ünvanı müəyyən edərək dərhal hadisə yerinə yollanıblar.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə mənzilə daxil olunub. Qadınla aparılan söhbət zamanı onu intihar fikrindən döndərmək mümkün olub.

Qadın hazırda tibb müəssisəsinə yerləşdirilib. Həyati təhlükəsi və sağlamlığında problem yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru