Floydu öldürməkdə təqsirləndirilən keçmiş polisə hökm veriləcək tarix açıqlanıb

24-04-2021, 08:12           
Floydu öldürməkdə təqsirləndirilən keçmiş polisə hökm veriləcək tarix açıqlanıb
Ötən ilin may ayında andlı iclasçılar tərəfindən qaradərili Corc Floydun qətlində təqsirli bilinən keçmiş polis Derek Şovinə hökm 16 iyun tarixində veriləcək.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, D.Şovini 40 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, 25 may 2020-ci ildə Derek Şovin afroamerikalı həbs edərkən boğma fəndi tətbiq edib. Həbs edilən C.Floyd az sonra ölüb. Ertəsi gün, mayın 26-da D.Şovin və afroamerikalının həbsində iştirak edən digər üç polis işdən qovulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru