İsrail ordusu Suriyada "Hizbullah"ın mövqelərini atəşə tutub

6-05-2021, 08:13           
İsrail ordusu Suriyada "Hizbullah"ın mövqelərini atəşə tutub
İsrail Suriyanın Əl-Küneytra vilayətində silahlı birləşmələrin mövqelərinə hücum edib.

Trend-in məlumatına görə, bu barədə Dubaydan yayımlanan Al Hadath telekanalı bildirib.

Məlumata əsasən, hücumda İsrail Hərbi Hava Qüvvələrinin helikopterləri iştirak edib. Onlar Suriya ordusunun tərəfində döyüşən "Hizbullah" dəstələrinin komandan məntəqəsinə zərbə endirib.

Döyüşçülərin sıralarında ölən və ya yaralananlar barədə məlumat alınmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.