DİN Mehman Hüseynovun paylaşdığı videoya münasibət bildirdi

6-05-2021, 11:01           
DİN Mehman Hüseynovun paylaşdığı videoya münasibət bildirdi
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə paytaxt ərazisində özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşa hədə-qorxu gələn şəxslə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

DİN-in Mətbuat xidmətindən cavab olaraq bildirilib ki, yayılan videogörüntülərlə bağlı araşdırmalara başlanılıb:

"Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”.

Qeyd edək ki, bloger Mehman Hüseynov sosial şəbəkələrdə yaydığı videoda metronun "Gənclik” stansiyasının yaxınlığında maskasız olan şəxsin özünü polis əməkdaşı kimi təqdim etdiyini iddia edir. Blogerin paylaşdığı videogörüntülərində həmin şəxs M.Hüseynovu da təhqir edərək hədələyib.

M.Hüseynov bildirib ki, həmin şəxsin adı Elxan Tağıyevdir. O, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində hərbi hissə komandiri olub, daha sonra işdən qovulub.

(Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru