Rio de Janeyro metrosunda baş verən atışma nəticəsində 1 polis zabiti və 24 şübhəli şəxs ölüb. Pravda.az xəbər verir ki, iki qatar sərnişini və iki polis də yaralanıb. Məlumata görə, silahlı toqquşma Rio de Janeyro mülki polisinin narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı cümə axşamı erkən saatlardan başlatdığı əməliyyat zamanı baş verib.